1. Əsas müddəalar
1.1. İnsan hüquqları üzrə gənclər şəbəkəsinin İdarə Heyyəti (İH) Baş Assambleyanın (BA) qərarı ilə yaradılır.
1.2. İH-i hər dayaq nöqtəsinin nümayəndələrindən formalaşır.
2. İH-ın məqsədləri
2.1. İH-ın əsas məqsədi BA-ın qərarlarını həyata keçirməkdən ibarətdir
2.2. İH-ın fəaliyyəti aşağıdakı istiqamətlərə yonəldilib:
• dayaq nöqtələrində fəaliyyət göstərən üzvlərin fəaliyyətini idarəetmə və dəstəkləmə
• dayaq nöqtələrində gənclərlə mütəmadi əlaqədə olmaqvə onları şəbəkənin həyata keçirdiyi fəaliyyətlərə səfərbər etmək
• BA-ın müəyyən etdiyi prioritet istiqamətləri nəzərə alaraq fəaliyyət istiqamətini müəyyənləşdirmək
• dayaq nöqtələrində fəaliyyət göstərən üzvləri İH-ın qəbul etidyi qərarlarla, fəaliyyət planları və s. şəbəkənin fəaliyyətinə aid olan məsələlr ilə əlaqədar mütəmadi məlumatlandırmaq
3. İH-ın əsas fəaliyyət istiqamətləri
3.1. Kompleks fəaliyyət proqramı layihələsini hazırlamaq və BA-ın təstiqinə təqdim etmək
3.2. Dayaq nöqtələrində Kompleks Fəaliyyət Proqramını həyata keçirmək üçün yerli, beynəlxalq QHT-ı və dövlət strukturları ilə birlikdə iş planının hazırlanması
3.3. Həyata keçirilmiş fəaliyyətlərə dair illik hesabatların hazırlanması və BA-ın görüşündə təqdim olunması.
3.4. Şəbəkədə iştirak edən üzvlərin kollektiv istifadə üçün mərkəzləşmiş məlumat sisteminin yaradılmasına dair təkliflərin hazırlanması
3.5. Şəbəkənin inkişafı üçün digər şəbəkələr ilə məlumat mübadiləsini həyata keçirilməsi
3.6. Şəbəkənin davamlılığı və şəbəkə çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə məmbələrinin tapılması
4. İH-ə üzvlük
4.1. İH-ın üzvləri yerlərdə bir il müddətinə seçilir
4.2. İH-ı üzvlərini qeriyə çağırılması və yaxud onların səlhiyyət müddəti dayq nöqtələrinin üzvlərinin qərarı əsasında həyata keçirilir.
4.3. İH-ı üzvlərinin sayını dəyişdirilməsi BA-ın qərarı ilə müəyyən olunur.
5. İH-ı fəaliyyətinin reqlamenti
5.1. İH-ın görüşləri iki ayda bir dəfədən az olmamaq şərti ilə keçirilir.
5.2. Növbədən kənar görüşlər yalnız şəbəkənin fəaliyyətinə çətinlik törədə biləcək məsələlər olduqda keçirilə bilər.
5.3. Bütün dayaq noqtlərini təmsil edən İH-i üzvlərinin iştirakı zamanı göruş baş tutmuş sayılır.
5.4. İH-in qərarları səda səs çoxluğu ilə qəbul olunur.
5.5. İH-i, keçirdiyi görüşlərinə müşahidəçi funksiyasında yerli, beynəlxalq QHT-ı və dövlət strukturları nümayəndələrini məşvərət hüququ ilə dəvət edə bilər.
6. İH-i üzvlərinin hüquq və vəzifələri
6.1. İH-i Komplek Fəaliyyət Proqrammı ilə bağlı tövsiyələri araşdırılması və öyrənilməsi üçün işçi qrupları və müvəqqəti komissialar yarada bilər
6.2. İH-in bütün üzvləri fəaliyyət dövründə bərabər hüquqa malikdirlər
6.3. Kompleks Fəaliyyət Proqramını həyata keçirilməsində iştirak edən İH-in və şəbəkənin üzvləri qarşılıqlı maraq doğuran statistik və digər məlumatları mübadilə etmək vəzifəsi daşıyırlar.
6.4. İH-in üzvləri öz fəaliyyətlərini dayaq nöqtələrində olan üzvlər ilə razılaşdırmalıdırlar.
6.5. İH-i maksimum şəffaflığı təmin etməlidir.
7. İH-in fəaliyyətinə xitam verilməsi
7.1. İH-ə fəaliyyətinə BA-ın qərarı əsasında xitam verilir.