İNSAN HÜQUQLARI ÜZRƏ KITABXANA


RVİ və digər insan hüquqları institutları tərəfindən kitabların bağışlanması nəticəsində İnsan Hüquqları üzrə Kitabxana AGHB tərəfindən yaradılmışdır. Tələbə və təcrübə keçən hüquqşünaslar, insan hüquqları sahəsində fəallar və digər maraqlı şəxslərin artıq insan hüquqları sahəsində ədəbiyyatlar, beynəlxalq hüquq alətləri, hüquqi araşdırmalar, insan hüquqlarına aid jurnallarla tanış olmaq imkanı var. Kitabxana həftədə altı gün ictimaiyyət üçün açıqdır (10:00 – 18:00).

Kitabxanaya kitablar, təlim otağı və kompüter otağı daxildir. Hal-hazırda kitabxanada insan hüquqları sahəsində 475 kitab var. Beynəlxalq İnsan Haqları Hüququna dair kitabların əksəriyyəti Raul Vollenberq İnstututu tərəfindən bağışlanmışdır. Lakin buna baxmayaraq, kitabxanaya Avropa Şurası, ATƏT, BMTQAK, Qəzəl Xaç və Qızıl Aypara Federasiyası və digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən kitablar bağışlanmışdır.

Ümumilikdə kitabxanada aşağıdakı sahələrdə ədəbiyyatlar var:
- İnsan Haqları Hüququ
- Beynəlxalq və humanitar hüquq
- Qadın hüquqları və gender məsələləri
- Qaçqın və məcburi köçkün hüquqları
- Hüquqşünaslıq
- Məhkəmə işləri və presedentlər
- İqtisadiyyatın hüquqi tənzimlənməsi
- QHT idarəçiliyi, Gənclər və Hüquq
- Uşaq hüquqları
- Milli azlıqların hüquqları
Bülletenlər, Jurnallar, Məlumat kitabçaları, bukletlər və s.

Təlimlər
AGHB, həmçinin, Ədliyyə Nazirliyinin Hüquq Təlim Mərkəzi ilə birgə mütəmadi aylıq kurslar keçirir. 90-a yaxın hüquqşünas tələbələr və təcrübə keçən hüquqşünaslar həmin təlimlərdə müvəffəqiyyətlə iştirak etmişlər. Marağı olan tələbələr növbəti kursda iştirak etmək üçün qeydiyyatdan keçə bilər.

Kompüter mərkəzi
Kitabxanaya, həmçinin, kompüter mərkəzi də daxildir. Hüquqşünas tələbələr Bazar günü çıxmaq şərti ilə hər gün kitabxananın resurslarından istifadə edib hüquqi araşdırmalar apara, elektron qanunvericilik bazasından istifadə edə bilərlər. Gənc Hüquqşünas Jurnalı üçün məqalələr də həmin Mərkəzdə yığılır. Bu mərkəzdə həm də İnternet şəbəkəsinə məhdud çıxış var və tələbə hüquqşünaslar insan hüquqları sahəsində araşdırma aparmaq, diplom işləri və məqalələr yazmaq üçün bu vasitələrdən fəal istifadə edirlər.

Əlaqə üçün məlumat:
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
AZ 1005, Bakı, Mirzə Ibrahimov küç. 11, mən. 8.
Tel.: (+99412) 4973247
E-mail: office@aylu.az


İnsan Hüquqları üzrə Hüquqi Məsləhət Mərkəzi


Əziz dostlar,
Nəzərinizə çatdırırıq ki, İnsan Hüquqları üzrə Hüquqi Məsləhət Mərkəzi Azərbaycan Gənc Hüquqşünaslar birliyi tərəfindən yaradılmışdır və hal-hazırda ictimaiyyət üçün açıqdır. İnsan Hüquqları üzrə Hüquqi Məsləhət Mərkəzi insan hüquqları sahəsində marağı olan fərdlərə və qruplara hüquqi məlumatların verilməsi üçün Bakıda yaradılmışdır. Mərkəzin məqsədi rayonlarda əhaliyə hüquqi yardımın göstərilməsindən ibarətdir. Mərkəzdə əhaliyə konstitusion hüquqları barədə və hüquqları pozulduğu halda İnsan Hüquqları üzrə Müvəkkilə, yerli məhkəmələrə, Apelyasiya Məhkəməsi və Ali Məhkəməyə, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət barədə məlumat, sənədlərin və hüquqi məsləhətlər veriləcək. Hüquqi yardım üzrə beynəlxalq /regional məsləhətçi Mərkəzə bir həftə ərzində səfər edəcək, AGHB-nin 1-2 işçisi tərəfindən regionda Hüquqi Yardım Mərkəzinə 5 günlük səfər də nəzərdə tutulur. Mərkəzin açılışı keçiriləcək. Mərkəz İnsan Hüquqları üzrə Kitabxanadan ayrı fəaliyyət göstərəcək.
Layihə İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu tərəfindən İsveç Beynəlxalq İnkişaf Agentliyinin maliyyə köməkliyi ilə həyata keçirilir.

Əlaqə üçün məlumat:
İnsan hüquqları üzrə Hüquqi Məsləhət Mərkəzi
Bakı şəhəri, Mirəli Qaşqay küçəsi 63a, mənzil 17
Tel.: 449-94-14
E-mail: office@aylu.az


QEYRI RƏSMI NIKAH VƏ ONUN FƏSADLARI

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Qeyri rəsmi nikahda olan ailələr və qadın hüquqları” mövzusunda layihənin icrasına başlamışdır. Layihənin icrası zamanı qeyri rəsmi nikahda olmuş və bu nikahın acı nəticələri ilə üzləşmiş qadınlara hüquqi yardımlar göstərəcək. O cümlədən qadınların və gənc nəslin maarifləndirilməsi məqsədi ilə “Qadın Hüquqları”, “Rəsmi Nikah və üstünlüklər” , “Qeyri rəsmi nikahda zorakılıqlar” mövzusuna həsr olunmuş 3 adda bukletlər kütləvi tirajla çap olunacaqdır. Gənclərin bu sahəyə həsr olunmuş yazdıqları xüsusi esselər İnternet səhifələrində yerləşdiriləcəkdir.
Layihə çərçivəsində ictimai rəyin, qeyd olunan problemin həllinə diqqətin artırılması məqsədi ilə müxtəlif dəyirimi masalar və Mətbuat konfransı da keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə və qadın hüquqları barədə məlumatlar isə öz növbəsində Gənclərin İnsan Hüquqları Üzrə Şəbəkəsinin www.yhrn.az İnternet səhifəsində yerləşdiriləcəkdir.
Layihə çərçivəsində 5 rayonu əhatə edəcək şəxslər üşün təlimlər də keçirikəcəkdir ki, təlimlərdə qadın hüquqları barədə yerli qanunvericilik, Beynəlxalq ki, konvensiyalar gənclərə çatdırılsın.
Ümumiyyətlə layihənin bu mövzusunda icrasına gəlincə isə, qeyd etmək lazımdır ki, bu layihə gənclərin rəsmi nikaha üstünlük verməsi məqsədini daçıyır. Çünki müxtəlif cür qurulan nikahlar rəsmi olmadıqda bunun fəsadlarını nəinki ailələr çəkir, həmçinin övladlar da bu problemin içərisində olurlar.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


İSMAYILLI RAYONUNDA KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ
REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

Bu gün, 15 avqust 2005-ci il tarixində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ATƏT-in yerli icraçı partnyoru qismində İsmayıllı rayonunda Korrupsiya ilə mübarizəyə həsr olunmuş regional konfrans keçirmişdir.
Ismayıllı şəhərinin Gülüstan Şadlıq Sarayında keşirilmiş konfransda Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Sədri Nadir Adilov məruzə edərək qeyd etmişdir ki, regional konfransların keçirilməsində əsas məqsəd regionlarda maarifləndirmə işinin aparılması və Korrupsiya ilə mübarizəni özündə əks etdirən qanun və digər normativ-hüquqi aktların əhaliyə düzgün çatdırılmasıdır. N. Adilovun sözlərinə görə analoji kofranslar İsmayıllı rayonundan başqa Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində də keçiriləcəkdir.
Regional konfransda açılış nitqi ilə ATƏT-in Azərbaycandakı səfiri Maurisio Pavesi çıxış edərək ATƏT-in bu regional konfransları dəstəklədiyindən məmnunluq hissi duyduğunu diqqətə çatdırmış və bu konfransların gələcək üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Səfir ilk belə Konfransın İsmayıllı rayonunda keçirilməsinə münasibət bildirərək qeyd etmişdir ki, digər rayonlarda keçiriləcək bu tipli konfranslar təcrübi baxımdan çox əhəmiyyətlidir. Səfiri konfransda ATƏT-in iqtisadi və ekoloji məsələlər üzrə müşaviri Devid Svaley müşayət etmişdir. Fasilə zamanı Səfir Konfransda iştirak edən ictimaiyyət nümayəndələri ilə də görüşmüşdür.
Səfirin nitqindən sonra “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu və Dövlət proqramı barədə malumat. Qanun və Proqramdan irəli gələn vəzifələr” adlı məruzə ilə Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiya ilə mübarizə üzrə Komissiyanın Katibi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-muhafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İnam Kərimov məruzə etmişdir. Inam Kərimov Qanun və Dövlət proqramı barədə ətraflı məlumat verməklə yanaşı qarşıda duran işlər barədə də konfrans iştirakçılarını məlumatlandırmışdır.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi” adlı məruzə ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin Analitik-İnformasiya İdarəsinin prokuror əvəzi Mübariz Əhmədov çıxış etmişdir. M. Əhmədov Baş Prokuror yanında yaradılmış Korrupsiyaya qarşı mübarizə İdarəsi barədə iştirakçılara geniş məlumat vermiş və İdarənin iş prinsipləri ilə Konfrans iştirakçılarını tanış etmişdir.
Konfransda həmçinin, İsmayıllı, Ağsu və Qəbələ rayonlarının da prokurorları iiştirak etmişlər.
Müzakirələrə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar, vəkillər və yerli QHT nümayəndələri qoşulmuşdur.
Konfrans öz işini yüksək səviyyədə bitirmişdir.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ REGİONAL İSMAYILLI KONFRANSI KEÇİRİLƏCƏK
MƏTBUAT DƏVƏT OLUNUR

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ATƏT-in yerli icraçı partnyoru qismində 15 avqust 2005-ci il tarixində İsmayıllı rayonunda Korrupsiya ilə mübarizəyə həsr olunmuş regional konfrans keçirəcək. Saat 10:00-dan 13:00-a dək İsmayıllı şəhərinin Gülüstan Şadlıq Sarayında davam edəcək konfransda açılış nitqi ilə ATƏT-in Azərbaucandakı səfiri Maurisio Pavesi çıxış edəcəkdir. Yerli icra strukturları, hüquq-mühafizə orqanları, yerli özünüidarə orqanları, QHT-lər, sahibkarlar, vəkillər, KİV nümayəndələrinin də edəcəyi bu konfrans regionlarda maarifləndirmə məqsədi ilə keçirilir. Konfransda İsmayıllı da daxil olmaqla, yaxın 3 rayonun prokurorları da iştirak edəcəkdir.
Konfransda məruzə ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov məlumat nitqi ilə çıxış edəcək və korrupsiya ilə mübarizəyə həsr olunmuş konfrans barədə məlumat verəcəkdir.
Daha sonra “Korrupsiyay qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu və Dövlət proqramı barədə məlumat. Qanun və proqramdan irəli gələn vəzifələr” adlı məruzə ilə Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiya ilə mübarizə üzrə Komissiyanın Katibi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İnam Kərimov məruzə edəcəkdir.
Məruzə dinlənildikdən sonra “Azərbaycan Respublikasının Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi” adlı məruzə ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nümayəndəsi çıxış edəcəkdir. Məruzələr bitdikdən sonra sərbəst müzakirələr öz işinə başlayacaqdır. Konfarns iştirakçıları müəyyən məsələlərə münasibət bildirərək, sual-cavab prosesində iştirak etmək imkanı qazanacaqdır.
Məlumat üçün qeyd edək ki, analoji konfranslar Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində də keçiriləcəkdir.
Konfransda iştirak etmək istəyən QHT-lərin və KİV-lərin, Televiziya və radio şirkətlərinin regional nümayəndələri əvvəlcədən Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonları: 441-34-79 , 497-32-47, 050 364-13-31

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


"Korrupsiyaya qarşı mübarizə haqqında sənədlər torlusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar" kitabının təqdimatı olub

05.08.2005. BAKI. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Korrupsiyaya qarşı mübarizə haqqında sənədlər torlusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar" adlı kitabın təqdimat mərasimi keçirilib (APA). Təqdimat mərasimini Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) sədri və kitabın redaktoru Nadir Adilov açaraq, kitabın Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxından köməkliyi və Amerika Hüquqşünaslar Assosiasiyasının maliyyə dəstəyi ilə AGHB tərəfindən çap olunduğunu deyib.
Kitabın məsləhətçisi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov kitabın əhəmiyyəti barədə məlumat verərək, nəşrin hüquq-mühafizə orqanlarının əməkdaşları, QHT-lər, hüquqşünaslar üçün nəzərdə tutulduğunu qeyd edib. Kitabın cəmiyyətdə maarifləndirmə işinin sürətləndirilməsinə yaxından köməklik göstərəcəyini bildirib.
Sonra kitabın tərtibatçısı - Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi İnam Kərimov, Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şahlar Əsgərov, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və başqaları çıxış ediblər.

/APA/ 05. 08. 2005. BAKI.


Ədliyyə Nazirliyində gənc hüquqşünaslarla görüş keçirilib

02.08.2005. BAKI. Bu gün Ədliyyə Nazirliyinin (ƏN) rəhbər heyətinin qeyri-hökumət təşkilatında birləşən gənc hüquqşünaslarla görüşü keçirilib. Bu barədə APA-ya ƏN-in mətbuat xidmətindən məlumat verilib. Görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, ədliyyə orqanlarında gənclərin xüsusi roluna toxunaraq, onların seçilib yerləşdirilməsi, peşəkar mütəxəssis kimi formalaşdırılması və potensiallarından səmərəli istifadə edilməsi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb: “Bu gün nazirliyin mərkəzi aparatının əməkdaşlarının yarısı gənclərdir”. Görüşdə iştirak edən Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov təşkilatın fəaliyyəti və beynəlxalq əlaqələri, o cümlədən yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan gənc hüquqşünasların beynəlxalq Bakı konfransına hazırlıq haqqında məlumat verib.

/APA/ 02. 08. 2005. BAKI.


“KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA SƏNƏDLƏR TOPLUSU, QANUNLAR, FƏRMANLAR, SƏRƏNCAMLAR, BEYNƏLXALQ KONVENSİYALAR” adlı kitab barədə

QISA MƏLUMAT

Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə uzrə Komissiyasının yaxından köməkliyi ilə və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELI/USAID) maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən “Korrupsiyaya qarşi mübarizə haqqinda sənədlər toplusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar” adli kitab çap olunmuşdur.
Kitabın Məsləhətçisi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının Sədri Əli Hüseynov, Redaktoru Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Sədri Nadir Adilov, Tərtibatçısı isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin böyükl məsləhətçisi İnam Kərimovdur.
Kitabda müxtəlix qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar öz əksini tapmışdır. Bununla yanaşı korrupsiya probleminin daha aydın anlaşılması məqsədi ilə Kitabın Məsləhətçisi Milli Məclisinin Hərbi və inzibati qanunvericilik şöbəsinin böyük məsləhətçisi Eldar Əsgərov tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa mülahizə yazılmış və Qanun müxtəlix beynəlxalq sənədlərlə müqayisəli şəkildə öyrənilmişdir.
356 səhifədən ibarət olan kitab xüsusən Hüquq-mühafizə orqanlarının əməkdaşları və bu sahə ilə maraqlanan insanlar, QHT-lər, tələbə, magistrlar və elmi işçilər üçün nəzərdə tutulmuşdur.
Kitabın təqdimat mərasimi 05 avqust 2005-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında saat 10:00-dan 12:00-adək keçiriləcəkdir. Təqdimat mərasimində dövlət orqanlarının əməkdaşları, Millət Vəkilləri, korrupsiya problemləri sahəsində fəaliyyət göstərən insanlar, QHT-lər və digər ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar yaxından iştirak edəcəkdir.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


“Korrupsiya ilə mübarizədə vergi orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirilib

15.07.2005. BAKI. Bu gün Gənc Hüquqşünaslar Birliyi (GHB) “Korrupsiya ilə mübarizədə vergi orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirib (APA). Toplantıda giriş sözü ilə çıxış edən GHB-nin sədri Nadir Adilov tədbirin Avrasiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini vurğulayıb. O, layihə çərçivəsində üç belə tədbirin keçiriləcəyini bildirib. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov təmsil etdiyi qurumun bu sahədə indiyə qədər gördüyü işlər barədə məlumat verib. O, Korrupsiyaya Qarşı Dövlət Proqramının bu yönümdə əsas sənəd olduğunu xatırladıb. İ. Kərimov bildirib ki, Korrupsiya Qarşı Mübarizə Komissiyasının fəaliyyət proqramı tərtib olunub. Bu proqrama əsasən, ilin sonuna qədər 8 tədbir keçiriləcək. Komissiya korrupsiyanın qarşısını almaq məqsədilə dövlət qurumlarında işə qəbulun müsabiqə yolu ilə aparılması barədə qərar verib. Onun sözlərinə görə, Azərbaycan korrupsiya ilə mübarizəyə dair beynəlxalq konvensiyalara qoşulub və bu təşkilatlar qarşısında öhdəliklər götürüb.
Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, kiçik vergi müşaviri Nəcəf Xəlilov təmsil etdiyi orqanın korrupsiya ilə mübarizədə roluna toxunaraq, görülmüş işlər barədə məlumat verib. N. Xəlilov hökumətin korrupsiyanın qarşısını alınması üçün mühüm tədbirlər gördüyünü deyib: “Neqativ halların qarşısını almaq məqsədilə vergi sistemində sadələşdirmələr aparılır. Bunun üçün nazirlik müxtəlif beynəlxalq proqramlara qoşulur. TACİS proqramı vergi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün 1,5 milyon avro ayırıb. Birbaşa ünsiyyəti azaltmaq məqsədilə sənədlərin İnternet vasitəsilə təqdim olunması həyata keçiriləcək”. N. Xəlilov Vergi Kodeksinin tərtib edildiyini deyib. O, bu günə kimi törətdiyi qanunsuzluqlarla görə 34 nəfərin işdən azad edildiyini, 9-nun rütbəsinin aşağı salındığını, 12-nin aşağı vəzifəyə göndərildiyini və 400-ə qədər əməkdaşa qarşı isə bir sıra digər tədbirin həyata keçirildiyini bildirib. Respublika Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Elnur Musayev isə bu məsələ ilə bağlı prokurorluqda artıq on cinayət işinin başlandığını deyib. E. Musayev mübarizə sahəsində dövlət qurumları və QHT-lərlə əməkdaşlıq edildiyini bildirib. Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin Korrupsiya və Maliyyə saxtakarlığına qarşı bölməsinin nümayəndəsi Azər Məmmədov nazirliyin tərkibində bu qurumun yeni yaradıldığını söyləyib. Onun sözlərinə görə, bölmə bu sahədə mühüm tədbirlər həyata keçirməyi qarşısına məqsəd qoyub. Sonda dövlət qurumlarının nümayəndələri dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.

/APA/ 15. 07. 2005. BAKI.


KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLƏCƏKDİR

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən Avrasiya (USAİD) Fondunun maliyyə dəstəyi ilə 15 iyul 2005-ci il tarixində saat 09.30-dan 13.00-a dək Beynələxalq Mətbuat Mərkəzində “KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ VERGİ ORQANLARININ ROLU” adlı dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada məruzəçi qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, kiçik vergi xidməti müşaviri Nəcəf Xəlilov məruzə ilə çıxış edəcəkdir. Dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizədə vergi orqanlarının rolu, maliyyə xarakterli tədbirlərin əhəmiyyəti va sairə məsələlər müzakirə olunacaqdır.
Dəyirmi masada hökumət nümayəndələri, Millət Vəkilləri, Beynəlxalq Təşkilatların nümayəndələri, sahibkarlar və KİV nümayəndələri iştirak edəcəklər.
Qeyd olunan məruzəni dinlədikdən sonra iştirakçılar müzakirələrdə iştirak edəcəklər
Maraqlanan şəxslər dəyirmi masada iştirak edə bilərlər.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


Gənc Hüquqşünaslar Birliyinin üzvləri baş prokurorun müavini Eldar Nuriyevlə görüşüb

24.05.2005. BAKI. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin üzvləri Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsinin Tədris Mərkəzində baş prokurorun müavini Eldar Nuriyevlə görüşüb. Bu barədə APA-ya Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşün keçirilməsində əsas məqsəd, Gənc Hüquqşünaslar Birliyinin üzvlərinin peşə hazırlığı, o cümlədən peşə fəaliyyəti ilə əlaqədar müzakirələr aparmaqdan ibarət olub. Görüşdə Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin fəaliyyəti barədə birliyin sədri Nadir Adilov iştirakçılara məlumat verib. E. Nuriyev son zamanlar Azərbaycan Respublikası Baş Prokurorluğunda gedən islahatlar, gənc hüquqşünasların test və müsabiqə əsasında işə qəbul olunması barədə görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, 2002-ci ildə prokurorluq orqanlarına 60, 2003-cü ildə 43, 2005-ci il tarixində isə 32 nəfər işə qəbul edilib. E. Nuriyev gənc hüquqşünaslara öz tövsiyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. E. Nuriyev potensiallı və hüquqi bilik səviyyəsi yüksək olan gənc hüquqşünasların prokurorluq orqanlarında işə qəbuluna heç bir məhdudiyyətin olmadığını gənc hüquqşünasların diqqətinə çatdırıb. Görüşdə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev və baş prokurorluğun kadrlar idarəsinin tədris mərkəzinin rəhbəri Zakir Müslimov da iştirak edib.

/APA/


Gənc Hüquqşünaslar Birliyi “Gənclərin insan hüquqları üzrə şəbəkəsi” layihəsini başa çatdırıb


17.05.2005. BAKI. Bu gün Gənc Hüquqşünaslar Birliyi Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib (APA). Birliyin sədri Nadir Adilov bildirib ki, onlar Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası, Humanitar Tədqiqatlar Cəmiyyəti ilə birlikdə “Gənclərin insan hüquqları üzrə şəbəkəsi” layihəsinin həyata keçiriblər. Layihənin məqsədi insan hüquqları və demokratikləşmə sahəsində vəziyyətin yaxşılaşdırılması üçün gəncləri səfərbər etmək, onların işinin əlaqələndirməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində rayonlarda gənclər üçün seminarlar, treninqlər keçirilib, şəbəkənin internet saytı yaradılıb, “Gənc hüquq müdafiəçiləri üçün yaddaş kitabçası”, bukletlər çap olunub. Bundan başqa, regionlarda vətəndaşlara təmənnasız hüquqi yardım göstərilib. Layihənin yekunu kimi bu günkü mətbuat konfransı təşkil olunub.

/APA/


AZ | EN


AGHB



AGADA



HTC







Site Created by NAT Co.
Copyright © 2004 YHRN.
All rights reserved.
 


          Layihə haqqında

          Əsasnamə

          Şəbəkə Üzvləri

          Qanunvericilik

          İnsan Hüquqları
     Üzrə QHT-lər


          Digər şəbəkələr

          Xəbərlər

          Faydalı linklər

          Qonaqlar üçün

          Galereya
              FORUM
      AGHB     AGADA     HTC  

   20.01.04

Announcement

Since September 2004 Azerbaijan Young Lawyers Union in partnership with Assosiation of Young Azerbaijani Friends of Europe and Society for Humanitarian Researches with financial support of US Embassy in Azerbaijan started the implementation of Youth Human Rights Network (YHRN) project. The goal of the project is to mobilize the efforts of youth within the Human Rights Youth Network for improvement of the situation with human rights in Azerbaijan through the enlightenment and protection activity.......
 

    Adı:
    Parolu: